
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə yeni idxal
rüsumlarını təsdiqləyib.
Trend-in
məlumatına görə, yeni qərara əsasən idxal rüsumları ölkədən asılı
olaraq 15-41 faiz arası dəyişir. Gömrük sisteminin işini qura
bilməsi üçün qərarın icrası avqustun 7-dək təxirə salınıb.
Əksər Avropa ölkələrinə 15 faiz rüsum tətbiq edildiyi halda,
Serbiya üçün rüsum 35 faiz, İsveçrə üçün 39 faiz müəyyən edilib. Ən
ciddi artımla isə Suriya üzləşib: 41 faiz.

