
Bakı. Trend:
ABŞ Senatında Ukraynaya qarşıdakı iki il ərzində 54,6 milyard
dollarlıq yardımın ayrılmasını nəzərdə tutan ikipartiyalı qanun
layihəsi təqdim edilib.
Trend-in
məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər
verib.
Məlumata əsasən, sənədin müəllifləri Nyu-Hempşirdən olan
demokrat senator, Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü
Cin Şahin və Alyaskadan olan respublikaçı Liza Murkovskidir. Onlar
birbaşa hərbi yardım, həmçinin Amerika ehtiyatlarını doldurmağı
üçün pul ayırmağı təklif edirlər. Plana görə, yardımın üçdə birinə
qədəri Rusiyanın dondurulmuş aktivlərindən və Avropa müttəfiqlərinə
silah satışından əldə edilən gəlirlər hesabına
maliyyələşdiriləcək.
Vəsaitin böyük hissəsi Ukraynaya çatdırılan köhnə sistemləri
əvəz edəcək yeni silahlara ayrılıb. Qanun layihəsi həmçinin
prezidentin Konqresin təsdiqi olmadan Kiyevə çatdırılmalara
birtərəfli qaydada təsdiq etmək imkanını genişləndirir.