ABŞ hökuməti Ukrayna üçün ballistik raketlər alacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ bir neçə ölkənin, o cümlədən Ukrayna ordusunun arsenalı üçün
“AIM-120 Advanced Medium-Range Air-to-Air Missile” (AMRAAM)
hava-hava tipli ballistik raketlərini sifariş edib.

Trend xəbər verir
ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, “Raytheon” müdafiə şirkəti AMRAAM raketlərinin
istehsalı üçün ümumilikdə 3,5 milyard dollarlıq müqavilə
imzalayıb.




AIM-120 Advanced Medium-Range Air-to-Air Missile (AMRAAM) –
müasir, radarla idarə olunan, uzaq məsafəli hava-hava tipli
raketdir və NATO-nun, həmçinin müttəfiq ölkələrin hava qüvvələrində
geniş istifadə olunur.

Raket istənilən hava şəraitində, həm gündüz, həm də gecə düşmən
təyyarələrini məhv etmək üçün nəzərdə tutulub. Raket aktiv radar
başlığa, yüksək sürətə və dəqiq hədəfləmə imkanına malikdir ki, bu
da onu hava döyüşlərində son dərəcə effektiv edir. 1990-cı illərdən
istismara verilən AMRAAM raketləri fasiləsiz olaraq
təkmilləşdirilir və onların uçuş məsafəsi və dəqiqliyi
artırılır.