Azərbaycan komandası Avropa birinciliyində üçüncü olub

Baş səhifə

Azərbaycanın ağırlıqqaldırma üzrə komandası İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 Avropa birinciliyində üçüncü yeri tutub.

Bu barədə “Report”a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitə miqyaslı yarışda Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir