Azərbaycanın dövriyyə olan avrobondlarının həcmi 1,4 mlrd. dollara çatıb

Baş səhifə

2025-ci il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu çərçivəsində avrobondlar üzrə öhdəliklərin həcmi 1 milyard 387 milyon ABŞ dolları və ya 2 milyard 358,4 milyon manat təşkil edib.

APA-Economics” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, avrobondaların ümumi xarici dövlət borcu portfelində çəkisi 27,7%-ə bərabər olub.

Xatırladaq ki, Azərbaycan ilk dəfə avrobond yerləşdirməsini 2014-cü ildə həyata keçirib və sonrakı illərdə bir neçə dəfə beynəlxalq bazarlardan bu üsulla vəsait cəlb edilib. Hazırda ölkənin xarici borc strukturunda avrobondlar ikinci ən böyük komponentdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir