
Bakı. Trend:
Covid və qrip kimi respirator xəstəliklər insan bədənində olan
yatmış xərçəng hüceyrələrini oyada və onların yayılmasına yol aça
bilər. Bu barədə alimlər xəbərdar edib.
Trend xəbər verir
ki, elmi araşdırmanın nəticələri “The Independent” nəşri tərəfindən
işıqlandırılıb.
Tədqiqat zamanı Covid-ə və ya qripə yoluxdurulmuş sınaq
siçanlarında yatmış xərçəng hüceyrələri oyanıb və sürətlə yayılmağa
başlayıb.
Orqanizm infeksiya ilə üzləşən zaman immun sisteminin
aktivləşməsi zamanı meydana gələn iltihab prosesi DCC xərçəng
hüceyrələrini oyada bilir. Bu hüceyrələr ilkin şişdən ayrılaraq
uzaq orqanlara yayıla bilən və çox vaxt uzun müddət yuxuda qalan
hüceyrələrdir.
Tədqiqatçılar aşkar ediblər ki, siçanlarda Covid və ya qrip
infeksiyası, yoluxmadan cəmi bir neçə gün sonra ağciyərlərdə
metastatik hüceyrələrin kütləvi artımına, iki həftə ərzində isə
metastatik ocaqların yaranmasına səbəb olur.

