Xalq artisti: Arif Babayev kimi sənətkarlar yüz ildən bir gəlir

Baş səhifə

Arif Babayev kimi sənətkarlar yüz ildən bir gəlir.

“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

O, A.Babayevin vəfarını Azərbaycan mədəniyyəti üçün ağır itki adlandırıb:

“Onun Azərbaycan musiqisinə xidməti əvəzsizdir. Yüzlərlə istedadlı xanəndə yetişdirib. Həmişə gənclərə dəstək olub. Nə qədər Azərbaycan xalqı var, Arif Babayev unudulmayacaq”.