
Bakı. Trend:
Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi ilə bağlı AİB və
AİİB hər biri 1 milyon dollar olmaqla vəsait ayırıb.
Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa
Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev müsahibəsində deyib.
O bildirib ki, Mərkəzi Asiya ilə də elektrik enerjisinin
ötürülməsi ilə bağlı artıq Bakıda birgə müəssisə təsis olunub: “Texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün Asiya İnkişaf
Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) hər biri
1 milyon dollar olmaqla vəsait hazırlayıb. Bununla da layihənin
texniki-iqtisadi əsaslandırmasının nədən ibarət olacağı
müəyyənləşdiriləcək. Onun texniki tapşırığı tərəflər arasında
razılaşdırılıb. Bank artıq layihənin necə davam edəcəyi ilə bağlı
məsləhətçiləri seçmək üzərində işləyir”.
Agentlik rəhbəri vurğulayıb ki, “Deloitte” şirkəti ilə bərpa
olunan enerjinin ixarcının biznes modelinin hazırlanması işləri
yekunlaşmaq üzrədir: “Bu biznes modeli imkan verəcək ki, ölkəmizdə
istehsal olunan bərpa olunan enerjinin Avropada istehlakçıya
satılmasının bu stansiyalara çəkilən xərci
qarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəli olub-olmayacağını
müəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdə bərpa olunan
enerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilində iqtisadi
cəhətdən səmərəlidir”.