Almaniya Ukraynaya “Patriot” sistemləri göndərəcək

Baş səhifə

Almaniya Ukraynaya iki ədəd “Patriot” havadan müdafiə sistemi göndərəcək.

APA bu barədə Almaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Almaniya növbəti bir neçə gün ərzində sözügedən sistemlərin launçerlərini, bir neçə ay ərzində isə digər komponentləri Ukraynaya tədarük edəcək.

Əvəzində isə Berlin ABŞ-dan yeni “Patriot” sistemləri alacaq.

Qeyd edək ki, Almaniya bundan əvvəl üç ədəd “Patriot” sistemini Ukraynaya göndərmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir