“Araz-Naxçıvan” – “Omoniya” oyununu çexiyalı hakimlər idarə edəcəklər

Baş səhifə

Bakıda “Araz-Naxçıvan” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.

“Report”un məlumatına görə, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.

Ona Ovan Nadvornik vəı Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.

VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Qeyd edək ki, avqustun 7-də “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada keçiriləcək.