
Bakı. Trend:
Paris yüksək sıxlığa və digər faktorlara görə turistlər üçün
dünyanın ən stressli şəhəri olaraq elan olunub.
Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hava şəraiti və cinayət səviyyəsinə görə Fransa paytaxtı orta
ballar qazansa da, insanların sayına görə, Paris dünyanın ən
stressli şəhərlərinin siyahısına başçılıq edib.
Siyahıda ikinci yerdə Vyetnamın paytaxtı Hanoy, üçüncü yerdə isə
eyni zamanda dünyanın ən kriminal şəhərlərindən sayılan Şanxay
qərarlaşıb.