“SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib

Baş səhifə

Dörd astronavtdan ibarət beynəlxalq ekipaj Florida ştatının Kanaveral burnundan “SpaceX” şirkətinin “Falcon9” raketdaşıyıcısı ilə Beynəlxalq Kosmik Stansiya (BKS) doğru yola düşüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, NASA-nın bu planlaşdırılan missiyası həmişəkindən bir neçə ay daha uzun sürəcək missiyalardan birincisi ola bilər.

Raket buraxılışı Bakı vaxtı ilə saat 18:43-də baş tutub. Ekipajın şənbə günü BKS-ə çatacağı gözlənilir.

“SpaceX Crew-11” – “Commercial Crew Program” Kommersiya proqramı çərçivəsində həyata keçirilən “Crew Dragon” kosmik gəmisinin BKS-ə on birinci əməliyyat missiyasıdır. Onlar BKS-in göyərtəsində təxminən altı ay vaxt keçirəcək, elmi araşdırmalar və təcrübələr aparacaqlar.