
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya
yaxınlığında yerləşdirilməsinə dair əmr verib.
Trend xəbər verir ki, o bu
addımı Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiyası
Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son
bəyanatından sonra atdığını bildirib.
“Bu axmaq və qızışdırıcı bəyanatların daha çox ola biləcəyini
nəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdə
yerləşdirilməsini əmr etdim. Sözlər çox vacibdir və tez-tez
gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o
hallardan biri deyil”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin Rusiyaya atəşkəs üçün 10 günlük
müddət verməsi ilə bağlı açıqlama verən Dmitri Medvedyev Trampın
ölkələrlə ultimatumla oynadığını deyib.