Hindistan Rusiyadan neft alışını dayandıra bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan ABŞ ilə
ticarət razılaşması əldə etmək üçün Rusiyadan neft almağı dayandıra
bilər.

Trend-in
məlumatına görə, Tramp bu fikri Ağ Evdə jurnalistlərə Vaşinqtonla
Yeni Dehli arasında aparılan ticarət danışıqları barədə danışarkən
səsləndirib.




“Anladığım qədər, Hindistan artıq Rusiyadan neft almayacaq. Mən
eşitdiyim budur. Bunun nə dərəcədə doğru olduğunu dəqiq bilmirəm”,
– deyə o qeyd edib.