
Bakı. Trend:
Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş
verib.
Trend xəbər verir ki, bu
barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat
yayıb.
Seysmik hadisənin 31 min nəfər əhalisi olan Hokkaydo adasının
şimal-şərqindəki Nemuro şəhərindən 108 km aralıda, 10 km dərinlikdə
qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.