İranda əyləncə attraksionunda 12 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Ötən gecə İranın cənub-şərqində yerləşən Kirman vilayətində
əyləncə attraksionunda qəza baş verib.

Trend-in
məlumatına görə, bunu İranın Kirman vilayəti təcili yardım
idarəsinin müdiri Qulamrza Xademipur yerli mediaya açıqlamasında
deyib.




Onun sözlərinə görə, attraksionda qatarın qəzaya uğraması
nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər xəsarət alıb. Xəsarət
alanlar dərhal xəstəxanaya aparılıblar.

İranlı rəsmi yaralıların vəziyyətinin qənaətbəxş olduğunu
deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir