
Bakı. Trend:
Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe məhkəmə şahidlərinə
təsir göstərmək və maliyyə fırıldaqları ittihamı ilə 12 il ev
dustaqlığına məhkum edilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
73 yaşlı siyasətçi ölkə tarixinə barəsində hökm çıxarılmış
olunmuş ilk prezident kimi düşüb.
Məhkəmə, eyni zamanda, onun dövlət vəzifələri tutmasına qadağa
qoyub və onu 578 min ABŞ dolları məbləğində cərimələyib.
Uribe məhkəmədə günahsız olduğunu bildirib və Boqotalı hakimə
çıxarılmış qərardan apelyasiya məhkəməsinə şikayət edəcəyini
bildirib.
Qeyd edək ki, Alvaro Uribe 2002-2010-cu illərdə Kolumbiyanın
prezidenti olub.