
Bakı. Trend:
ABŞ-də Mayami şəhər məhkəməsində andlı münsiflər İlon Maskın
“Tesla” şirkətinə Floridada avtopilot sistemi ilə əlaqədar baş
vermiş ölümcül avtoqəzaya görə zərərçəkənlərə 240 milyon dollar
həcmində təzminatın ödənilməsi ilə bağlı qərar çıxarıb.
Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.
Münsiflərin qərarı əsasında federal hakim 2019-cu ildə baş
vermiş qəzaya görə “Tesla”nın birbaşa məsuliyyət daşıdığını qət
edib, belə ki, sözügedən sistem elektromobilin hərəkəti zamanı
sıradan çıxıb və “Stop” yol nişanı zamanı sürücünü xəbərdar etməyib
və ya avtomobili dayandırmayıb.
Bu texniki nasazlıq nəticəsində sürücü avtomobili ilə yol
kənarında durmuş avtomobili vurub və 22 yaşlı Naybel Leon həlak
olub, onun sevgilisi Dillon Anqulo isə ağır yaralanıb.
“Tesla” şirkəti məhkəmənin qərarından yuxarı instansiya
məhkəməsinə apellyasiya şikayəti edəcəyini bildirib.

