SOCAR-ın vitse-prezidenti Azərbaycan qazının Suriyaya tədarükünü yüksək qiymətləndirib

Baş səhifə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya ixracına başlanmasına münasibət bildirib.

O, “Report”un Kilisdəki müxbirinə müsahibəsində qeyd edib ki, bu tədbir həm qaz təchizatının şaxələndirilməsi, həm də siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.

“Bu, Azərbaycan qazının tədarükü üçün yeni istiqamətdir. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi və nəqliyyat baxımından vacibdir”, – Nəsirov vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir