
Bakı. Trend:
Son bir neçə gün ərzində Günəşdə 10-dan çox partlayış qeydə
alınıb.
Trend xəbər verir
ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Günəş-Yer fizikikası
institutu və Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, GOES rentgen monitorları vasitəsilə avqustun 1-də
15 günəş partlayışı qeydə alınıb, bir gün əvvəl isə onların sayı
altı olub.
Rusiya Elmlər Akademiyasının laboratoriyasının məlumatına görə,
partlayışların böyük hissəsi “4167 saylı yeni aktiv sahədə yaranıb,
burada onunla birlikdə əmələ gəlmiş enerji sərf olunub”, qalanları
isə Günəşin diskində nisbətən bərabər şəkildə səpələnib.
Alimlərin qiymətləndirməsinə görə, hazırda “partlayış aktivliyi
sabitləşmə əlamətləri göstərir”, bundan əlavə, günəş ləkələrinin
artımı da dayanıb.