
Bakı. Trend:
ABŞ-ın vitse-prezidenti J.D. Vens naməlum uçan obyektlər (UFO)
mövzusunda çalışdığını və ABŞ Konqresinin avqust tətili zamanı bu
məsələ ilə bağlı yayılan şayiələrin həqiqətini araşdırmaq
niyyətində olduğunu bildirib.
Trend xəbər verir
ki, Vens bu barədə “Ruthless Podcast” proqramında danışıb.
“Bütün bu UFO məsələsi ilə məşğulam. Həqiqətən nə baş verir, bu
videolar nə haqqında idi? Biz burada cəmi altı ay olmuşuq, çox
məşğul olmuşuq, ona görə də mən hələ bunun dibinə varmamışam. Amma
avqust fasiləsində öz araşdırmalarımdan bir neçəsini edib, bunu
anlayacağam,” – deyə o bildirib.