“Crocus Fitness Sea Breeze” beynəlxalq padel kuboku start götürüb

Baş səhifə

Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze” beynəlxalq padel kuboku start götürüb.

“Report” xəbər verir ki, açılış mərasimində iştirak edən federasiya rəsmiləri idmançılara uğurlar arzulayıb, padelin Azərbaycanda sürətli inkişafından danışıblar.

İlk yarış avqustun 3-ə qədər, ikinci turnir isə 5-dən 7-dək davam edəcək. Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak edir.

Ümumilikdə isə 36 padelçi medallar uğrunda yarışır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir