
Bakı. Trend:
Avqustun 2-də Çində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstanın İGE NNC RK Data Mərkəzi məlumat
yayıb.
Yeraltı təkanlar baş verib.
Zəlzələnin episentri 40,00 dərəcə şimal eni və 77,31 dərəcə şərq
uzunluğunda yerləşib. Təbii fəlakətin enerji sinfi K=11.7,
böyüklüyü isə mb=4.8 səviyyəsində qiymətləndirilib.
Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və ya dağıntılarla
bağlı məlumat verilməyib.