Uitkoff yaxın günlərdə Moskvaya səfər edəcək

Baş səhifə

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Moskvaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker NBC News telekanalına verdiyi müsahibədə məlumat verib.

“Mən bilirəm ki, prezident Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Moskvada olacaq. Ümid edirəm ki, o, Ukrayna münaqişəsinin həlli prosesində irəliləyişə nail ola biləcək”, – deyə Uitaker bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir