
Bakı. Trend:
Türkiyə 2024-cü ilin iyul ayında tarixində ilk dəfə 25 milyard
dollarlıq ixrac həyata keçirərək yeni rekorda imza atıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “Türkiyə İxrac
Səfərbərliyi Proqramı” çərçivəsində keçirilən tədbirdə çıxışı
zamanı məlumat verib.
Nazirin sözlərinə görə, bu göstərici iyul ayları üzrə tarixdə ən
yüksək ixrac həcmi kimi qeydə alınıb:
“Son 12 ayda ən yüksək aylıq artım faizi müşahidə olunub. İlk
dəfə olaraq iyul ayında əlavə 2,5 milyard dollarlıq ixrac əldə
etmişik. Ötən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, illik
ixracımız 266,9 milyard dollardan 269,4 milyard dollara yüksəlib.
Bu tempin davam etməsi ən böyük arzumuzdur”.
Bolat həmçinin qeyd edib ki, illik əsasda bu nəticə 3,1 faizlik
mal ixracı artımına uyğundur. O, yeddi aylıq statistikaya
əsaslanaraq əlavə edib:
“Bu dövrdə ixracda 5,2 faiz artım müşahidə olunub ki, bu da
dünya ortalamasını üstələyir”.