Rusiya-Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya ilə Ukrayna
arasındakı münaqişə hərbi yolla deyil, yalnız danışıqlar masası
arxasında sona çata bilər.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi
Metyu Uiteker NBC telekanalına müsahibəsində bildirib.




“Prezident Tramp kifayət qədər aydın şəkildə bildirib ki,
münaqişə döyüş meydanında başa çatmayacaq. Nəticədə o, danışıqlar
vasitəsilə həll olunmalı, sülh əldə edilməlidir”, – Uiteker qeyd
edib.