
Bakı. Trend:
Malayziya avqustun 4-dən 7-dək paytaxt Kuala-Lumpur şəhərində
Tailand və Kamboca arasında sərhəd mübahisələrinin həllinə dair
danışıqlara ev sahibliyi edəcək.
Trend xəbər verir
ki, bu barədə məlumatı “The Straits Times” yayıb.
Malayziya Silahlı Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki,
danışıqlar iyulun 28-də əldə olunmuş atəşkəs razılaşmasının bir
hissəsi olaraq keçiriləcək və məqsəd iki ölkə arasında sərhəd üzrə
gərginliyi aradan qaldırmaqdır.
Bəyanatda qeyd olunur ki, danışıqlar çərçivəsində ASEAN
müşahidəçi qrupunun sərhəd bölgəsinə yerləşdirilməsi məsələsi də
müzakirə olunacaq. Məsləhətləşmələrə qədər Tailand və Kamboca
hərbçiləri arasında ilkin görüşün keçirilməsi planlaşdırılır.