
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin Əmək Statistikası Bürosunun
direktoru Erika Makintarferi vəzifəsindən azad edib.
Trend xəbər verir
ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Jurnalistlərin fikrincə, qərara səbəb qurumun yaydığı ABŞ əmək
bazarına dair “şokedici” zəif göstəricilər olub.
“Məşğulluqla bağlı dəqiq və etibarlı məlumatlara ehtiyacımız
var. Komandama keçmiş prezident Co Baydenin bu siyasi təyinatlı
şəxsi dərhal vəzifədən azad etməyi tapşırdım. Onu daha bacarıqlı və
ixtisaslı biri əvəz edəcək”, – deyə Tramp bildirib.
ABŞ lideri Makintarferi statistik məlumatlarla manipulyasiya
etməkdə ittiham edib, lakin bu iddianı təsdiqləyən konkret sübut
təqdim etməyib.
Qeyd edək ki, eyni gün Federal Ehtiyatlar Sisteminin İdarə
Heyətinin üzvü Adriana Kuqler də vaxtından əvvəl istefa verdiyini
açıqlayıb.

