
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş
təşkilatın hesabatlarına olan marağın azlığından gileylənib.
Trend xəbər verir ki, bunu təşkilatın baş katibi Antonio
Quterreş bildirib.
BMT-nin hesabatları əvvəlki illərlə müqayisədə daha uzun olur,
lakin buna baxmayaraq, onların çox az hissəsi oxunur:
“Hesabatlarda sözlərin sayı son 20 ildə təxminən 40 faiz artıb.
Amma bu sənədlərin əksəriyyəti nadir hallarda oxunur”.
Baş katibin sözlərinə görə, BMT hesabatlarının yalnız 5 faizi
beş mindən çox dəfə yüklənir.
“Yüklənməsi isə hələ oxunması demək deyil”, – deyə o əlavə
edib.
Quterreş bu məsələni təşkilatın effektiv kommunikasiya yollarına
ehtiyacının olduğunu vurğulamaq üçün dilə gətirib.