
Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatında şənbə günü 3 bal gücündə zəlzələ
qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Bergen qraflığının Hasbrouck
Heights bölgəsində olub. Zəlzələnin ocağı 10 km dərinlikdə
yerləşib.
Zəlzələ Nyu-Yorkda da hiss olunub. Hazırda mümkün dağıntılar və
insan tələfatı barədə məlumat verilməyib.
Nyu-York Fövqəladə Halların İdarə Edilməsi Departamenti sosial
şəbəkədə yaydığı məlumatda hadisəni izlədiklərini və əhalini rəsmi
mənbələrdən gələn xəbərləri izləməyə çağırdıqlarını bildirib.