İranın Şərqi Azərbaycan vilayətində kimya zavodunun anbarında yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Ötən gecə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan
vilayətinin Azərşəhr rayonunda kimya zavodunun anbarında yanğın baş
verib.

Trend-in
məlumatına görə, bunu İranın Azərşəhr icra hakimiyyətinin
yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru
Rəhim Həzrəti yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə rayonun Əxicahan kəndində yerləşəşn
zavodun alışqan maddələrin saxlandığı anbarda baş verib.




Həzrəti deyib ki, yanğın alışqan maddələrin anbarda standartlara
uyğun olmayan formada saxlanılması və texniki nöqsanlar nəticəsində
baş verib.

Rayon rəsmisi hadisə nəticəsində ölən və yaralananın olmadığını
deyib. Həzrəti yanğının dəqiq səbəbi və dəyən xəsarətin
qiymətləndirilməsi üçün araşdırmanın aparıldığını deyib.

Yanğın yanğınsöndürmə əməkdaşları tərəfindən söndürülüb.