
Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti
gələn həftə İranın paytaxtı Tehrana səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu
barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən xəbər
yayıb.
Məlumata əsasən, danışıqlarda əsas vurğu məsələnin siyasi
tərəfinə yönələcəyi üçün heyətdə müfəttişlər iştirak etməyəcək.
Səfər zamanı tərəflərin İran parlamentinin agentliklə
əməkdaşlığın dayandırılmasına dair qəbul etdiyi qanunun icrası ilə
bağlı mexanizmləri müzakirə edəcəkləri gözlənilir.

