ABŞ-ın iki nüvə sualtı qayığı təyin olunmuş regiona çatıb – Tramp

Baş səhifə

Bakı. Trend:

Prezident Donald Trampın göstərişi ilə yeri dəyişdirilən ABŞ-a
məxsus iki nüvə sualtı qayığı artıq nəzərdə tutulmuş əraziyə
yerləşdirilib.

Trend xəbər verir ki, Tramp
bu barədə Nyu-Cersidəki Bedminster şəhərindən Vaşinqtona yola
düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.




“Onlar artıq bölgədədir, lazımi mövqedə yerləşiblər”, – deyə
Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl “Newsmax” telekanalına verdiyi
müsahibədə Tramp həmin sualtı qayıqların Rusiyaya daha yaxın bir
əraziyə yerləşdiriləcəyini bildirmiş, lakin onların dəqiq
koordinatlarını açıqlamaqdan imtina etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir