Haitidə quldurlar sığınacaqdan əlil uşaqları qaçırıblar

Baş səhifə

Haitinin paytaxtında yerləşən Kenskoff kommunasında silahlı cinayətkarlar əlilliyi olan uşaqlar üçün sığınacağa hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə yerli “RTVF” radiosu məlumat yayıb.

“Viv-Ansam” adlı dəstə divarı dağıdaraq sığınacağa daxil olublar və bir neçə əlil uşağı, o cümlədən qurumun direktoru və irlandiyalı humanitar işçi Cinanı qaçırılıb.

Hüquq-mühafizə orqanları və ya Haiti səlahiyyətliləri hələ hadisəyə münasibət bildirməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir