Messi zədələnib – Yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil

Baş səhifə

Bakı. Trend:

Argentinalı hücumçu, “İnter Mayami” futbol klubunun şərəfini
qoruyan Lionel Messi Liqalar kuboku çərçivəsində “Nekaks” (Meksika)
klubuna qarşı keçirdiyi ev oyununda sağ ayağından xəsarət alıb:
canlı futbol əfsanəsi ayaq əzələsini zədələyib.

Trend xəbər verir
ki, bu barədə “İnter Mayami” futbol klubunun mətbuat xidməti
məlumat yayıb.

Argentinalı görüşün 11-ci dəqiqəsində əvəzlənib. Sonradan Messi
dizaltı vətərində diskomfort hiss etməyə başlayıb.




Bununla belə, klub əmin edir ki, Messinin aldığı xəsarət elə də
ciddi deyil. Hücumçu bərpa prosedurlarından keçməli olacaq, lakin
onun nə vaxt yaşıl meydanlara qayıdacağı bildirilmir.

Xatırladaq ki, 38 yaşlı Messi 2023-cü ildən Amerikanın “İnter
Mayami” klubunun şərəfini qoruyur. Futbolçu ötən mövsüm MLS
çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu
seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir