
Bakı. Trend:
Bazar günü Yəmən sularında qanunsuz mühacirləri daşıyan qayığın
batması nəticəsində azı 68 nəfər ölüb, 74 nəfər itkin düşüb.
Trend xəbər verir
ki, bu barədə “Associated Press” Beynəlxalq Miqrasiya Təşkilatına
istinadən xəbər verir.
Son zamanlar davamlı münaqişə və səfalət ucbatından Afrika
ölkələrini tərk edərək, zəngin Körfəz ölkələrinə pənah aparan
qanunsuz miqrantların axınında artım müşahidə olunmaqdadır.
Bu səfər qəzaya uğrayan qaçaqmalçı qayığının göyərtəsində 154
efiopiyalı mühacir olub və qayıq Ədən körfəzində Yəminin Əbyan
əyalətinin cənub sahillərində batıb.