İran parlamentinin iqtisad komitəsi milli valyutanın denominasiyası layihəsini qəbul edib

Baş səhifə

Bakı. Trend:

İran parlamentinin iqtisad komitəsi milli valyutanın
denominasiyası (4 sıfırın silinməsi) üzrə qanun layihəsini qəbul
edib.

Trend-in
məlumatına görə, bunu İran parlamentinin iqtisadi komitəsinin sədri
Şəmsəddin Hüseyni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, beləliklə, İranın yeni milli valyutasında 1
rial hazırkı 10 min riala bərabər olacaq.




Hüseyni qeyd edib ki, öncəki qanun layihəsində İranın milli
valyutasının adının “Rial”-dan “Tümən”-ə, qəpik pulun isə “Qeran”a
keçirilməsi nəzərdə tutulmuşdu. Lakin İranın Mərkəzi Bankının
“İranın milli valyutası Rialdır” qanunun əsasən, iqtisad komitəsi
milli valyutanın atının “Rial qalmasına, qəpik pulun isə “Qeran”a
keçirilməsinə qərar verilib.

“İranın Konstitusiyaya Nəzarət Şurasının İranın Beynəlxalq
Valyuta Fonduna öhdəliyi ilə əlaqədar irəli sürdüyü məsələyə
gəlincə, Mərkəzi Bank yeni rial əsasında xarici valyutaların
alqı-satqısına nəzarət edəcək və həyata keçirəcək. Bununla əlaqədar
Beynəlxalq Valyuta Fondu qarşılığında hər hansı məsələnin irəli
sürülməsinə ehtiyac yoxdur”, – deyə o qeyd edib.

Qeyd edək ki, İran parlamenti 2020-ci ildə İran valyutasının
denominasiyası ilə əlaqədar qərar verib. Qərara əsasən, İranın
milli valyutasından 4 sıfır atılması, “rial” adının “tümən” adına
dəyişdirilməsi nəzərdə tutulub. Lakin sözügedən qanun layihəsi
İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir