Tramp Rusiyaya doğru göndərdiyi 2 atom sualtı qayığının təyin olunmuş əraziyə çatdığını təsdiqləyib

Baş səhifə

Bakı.Trend:

ABŞ prezidenti Donald Tramp onun əvvəl verdiyi göstərişə uyğun
olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki atom sualtı
qayığının Rusiyaya yaxın müəyyən bir əraziyə dislokasiya olunduğunu
təsdiqləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Mən artıq bəyanat vermişəm və cavab belədir: bəli, onlar həmin
regionda, olmalı olduqları yerdədirlər”, – deyə Tramp Vaşinqtonda
jurnalistlərin sualına cavab olaraq bildirib.




ABŞ prezidenti şənbə günü bəyan etmişdi ki, ABŞ-yə məxsus iki
atom sualtı qayığı Rusiyaya doğru hərəkət edir.

“Onlar Rusiyaya daha yaxındır. Bəli, onlar Rusiyaya daha
yaxındır”,- deyə Tramp “Newsmax”a müsahibəsində sualtı qayıqların
Rusiya bölgələrinə yaxınlaşıb-yaxınlaşmadığı sualını
cavablandırarkən deyib.