UEFA Konfrans Liqası: “Sabah”ın Bolqarıstana səfərinin detalları müəyyənləşib

Baş səhifə

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Levski” ilə qarşılaşacaq “Sabah”ın Bolqarıstana səfərinin detalları müəyyənləşib.

Bu barədə “Report”a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.

Komanda Sofiyaya avqustun 6-da, saat 10:00-da çarter reysi ilə yollanacaq. Oyunöncəsi mətbuat konfransı avqustun 6-da, yerli vaxtla saat 20:00-da, komandanın açıq məşqi isə 20:30-da baş tutacaq.

Klub rəsmisi azarkeşlərlə bağlı məsələnin qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib.

Qeyd edək ki, “Levski” – “Sabah” matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir