3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib

Baş səhifə

Qadınlar arasında 3×3 basketbol üzrə Dünya Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib.

Bu barədə “Report”a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli – Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya, 3-ü isə klub – “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandaları olacaq.

Qeyd edək ki, 23-24 avqustda keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.