Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb

Baş səhifə

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki,avqustun 1-də saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü körpə hospitalizasiya olunub.

Məlumata əsasən, yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, körpənin avqustun 2-də saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.