
Bakı. Trend:
Portuqaliyanın Qalisiya bölgəsində meşə yanğınları səngimək
bilmir. Həftə sonundan etibarən azı 500 hektar meşə sahəsini kül
etmiş çoxsaylı yanğın ocaqları ilə mübarizəyə çox sayda
yanğınsöndürən və yerli sakinlər cəlb olunub. Yanğınsöndürmə
təyyarəsi və helikopterləri havaya qaldırılıb.
Bu barədə Trend
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, yanğın əvvəl Balares rayonunda başlayıb daha
sonar Brantuas, A Qrana, Kores və Nemeno rayonlarının ərazilərinə
yayılıb.
Kospindo və Koresdəki beş meşə yanğınından ikisini bazar günü
lokallaşdırmaq mümkün olsa da, qalanları hələ də aktiv
qalmaqdadır.
Alovun evlərə və çimərliklərə yaxınlaşması ilə əlaqədar Balares
və Osmo rayonlarında insanlar təxli olunur.