
Bakı. Trend:
Azərbaycan “DP World” şirkəti ilə əməkdaşlıq imkanlarını
dəyərləndirib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“Abu-Dabidə liman xidmətləri və azad ticarət zonaları üzrə
ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini
Yuvraj Naraian ilə görüşdük. Limanların və logistika dəhlizlərinin
rəqəmsallaşdırılması, “ağıllı” nəqliyyat sistemləri, dataya
əsaslanan mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin
yaradılması imkanlarına baxılması və investisiya məsələlərini
müzakirə etdik.
Həmçinin dəniz, dəmir yolu və yol logistikası arasında
infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində
təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə
yükdaşımalara keçid barədə fikir mübadiləsi apardıq”, – deyə
paylaşımda qeyd edilib.