
Bakı. Trend:
Fransada keçirilən etiraz aksiyalarında gizli polislərin
iştirakı ilə bağlı hesabat dərc edilib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar ölkədə aksiyalar zamanı polis
əməliyyatlarının getdikcə daha çox hərbiləşdirildiyini
vurğulayıblar.
Buna misal olaraq bildirilib ki, “A69” layihəsinə qarşı
keçirilən aksiyada təxminən 700 nəfər iştirak edib.
Prefektura tərəfindən bu aksiya əvvəlcədən qadağan olunsa da,
təşkilatçılar onu xoşniyyətli bir tədbir kimi təqdim ediblər. Lakin
hesabatda vurğulanır ki, tədbirin mahiyyəti ilə uyğun olmayan
şəkildə 1600 polis və jandarma, zirehli texnika və çoxsaylı
gözyaşardıcı qaz atıcıları ilə aksiyaya müdaxilə olunub.