Xarkovun atəşə tutulması nəticəsində 3 dinc sakin həlak olub

Baş səhifə

Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov vilayətini davamlı atəşə tutması nəticəsində 3 dinc sakin həlak olub.

“Report”un xəbərinə görə, bu barədə Xarkov vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 4-də səhər saatlarında Çuqevski rayonunun Losovka kəndində Rusiya hərbi qüvvələrinin zərbəsi nəticəsində yaşayış binasında yanğın baş verib. Yanğın söndürüldükdən sonra dağıntılar altından orta yaşlı kişi meyiti aşkarlanıb.

Həmçinin qeyd olunub ki, Rusiyanın pilotsuz uçuş aparatı yol boyu hərəkətdə olan mopedə çırpılıb. Nəticədə 49 yaşlı kişi və qadın həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir