Rəcəb Tayyib Ərdoğan və Kir Starmer arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend

Avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük
Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı baş
tutub.

Trend xəbər verir
ki, bu barədə Türkiyə Prezident Administrasiyasının
Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti
və gələcək perspektivləri, həmçinin regional və qlobal proseslər
müzakirə olunub.




Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Qəzza zolağında
davam edən ağır humanitar böhrana xüsusi diqqət yetirilib.

Prezident Ərdoğan Böyük Britaniyanın baş nazirinin diqqətini
Türkiyədən Fələstin ərazilərinə humanitar yardımın çatdırılması
məsələsinə və Ankaranın bölgədə atəşkəsin təmin olunması
istiqamətində apardığı vasitəçilik səylərinə yönəldib.

Türkiyə lideri həmçinin Fələstin-İsrail münaqişəsinin “iki xalq
üçün iki dövlət” prinsipi əsasında ədalətli və davamlı şəkildə həll
edilməsinin vacibliyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir