
Vyana məhkəməsi Krımda itirilmiş aktivlərə görə kompensasiya kimi Avstriyada yerləşən aktivlərin Rusiyadan geri alınması üçün 120 milyon avro məbləğində iddianı təmin edib.
“Report” xəbər verir ki, bu barədə şirkəti məlumat yayıb.
Bildirilib ki, şirkət Rusiyaya qarşı dəyəri 5 milyard dollardan çox olan arbitraj qərarının icrası üçün Vyana dairə məhkəməsindən icazə alıb. Xüsusilə məhkəmə Avstriyada hərracda satılacaq 20-dən çox Rusiya daşınmaz əmlakının müsadirəsinə icazə verib.
Qeyd olunur ki, sözügedən aktivlərin ümumi dəyəri 120 milyon avronu ötür.