Kaliforniyada meşə yanğınları yenidən alovlanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları yenidən
şiddətlənib.

Trend-in
məlumatına görə, yanğınlar ştatın mərkəzində yerləşən geniş
əraziləri əhatə edir.

Xüsusilə Los-Padres milli meşəsində alovun yayılması nəticəsində
26 400 hektar sahə yanıb və bölgədə təxliyə əmri verilib.




Qifford bölgəsindəki yanğın isə 450-dən çox tikili üçün təhlükə
yaradıb. Yanğının yalnız 3 faizi nəzarət altına alınıb, lakin daha
isti və quru hava şəraiti səbəbilə alovun daha da genişlənəcəyi
proqnozlaşdırılır.

Hazırda 1000-dən çox yanğınsöndürən və xilasedici qüvvə meşə
yanğınları ilə mübarizə aparır. Yerli hakimiyyət vəziyyəti
nəzarətdə saxlamaq üçün tədbirləri gücləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir