ABŞ 15 min dollarlıq girov qarşılığında viza verilməsi proqramına başlayır

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti ölkəyə giriş vizalarının verilməsi üçün
15 min dollara qədər nağd pul girovu tələb edən pilot proqramın
başladığını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə məlumat Dövlət Departamentinin yaydığı bildirişdə yer
alıb.

Yeni proqram yalnız B-1 (işgüzar) və B-2 (turist)
kateqoriyalarına aid vizalara şamil olunur. O, əsasən ABŞ-yə daxil
olduqdan sonra icazə verilən qalma müddətini tez-tez pozan
ölkələrin vətəndaşlarını əhatə edəcək.




Bildirilir ki, tələb olunan girov məbləği şəxsin ABŞ-ni vaxtında
tərk etməsi halında tam şəkildə geri qaytarılacaq.

Proqramın əsas məqsədi viza rejiminin pozulmasının qarşısını
almaq və ABŞ-də qalma qaydalarına əməl edilməsini təşviq
etməkdir.