
Bakı. Trend:
Kamçatka sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar rayon mərkəzindən 234 kilometr
aralıda, 64,8 kilometr dərinlikdə baş verib.
Zəlzələnin fəsadları və dağıntılar barədə hələlik məlumat
verilməyib. Yerli orqanlar vəziyyəti izləyir.
XXX
22:17
Kamçatka yarımadasında 5,7 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti
məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri
Petropavlovsk-Kamçatski şəhərindən 474 km cənubda yerləşib.
Zəlzələnin ocağı 54 km dərinlikdə qeydə alınıb.